Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-08-2025 , 01:06

984

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyə sədr və müavinlərinin iştirakı ilə seminar keçirilib

 Avqust ayının 21-də Ədliyyə Nazirliyinin Qarabağ regional ədliyyə idarəsi tərəfindən Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyə sədr və müavinlərinin iştirakı ilə seminar təşkil olunub. Videokonfrans formatında keçirilən seminar bələdiyyə hesabatları, onların hazırlanması müddətləri, qaydası və formaları, təsdiqi və elan edilməsi mövzularını əhatə edib.

 Seminarda “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci maddəsinin 4-cü hissəsi, 16-cı maddəsinin 6-cı hissəsi, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsi, “Bələdiyyələrin Nümunəvi Reqlamenti”nin 2.10.5-2.10.6-cı yarımbəndləri və 3-cü fəsli, “Mühasibatlıq uçotu haqqında” Qanunun 13.1-ci və 14.2-ci maddələri barədə danışılıb. Həmçinin Maliyyə Nazirliyi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın müvafiq bəndləri, bu normativ aktların tətbiqi zamanı yol verilən pozuntular və hesabatlıqla bağlı bələdiyyə aktları üzrə aparılan təhlillərin nəticələri barədə məlumat verilib.

 Bundan əlavə, bələdiyyənin işinin şəffaf təşkil edilməsi üçün görülən işlərin bələdiyyə protokollarında düzgün təsbit edilməsi və mediaya işıqlandırılmasının, aktiv informasiya mübadiləsi mexanizmlərinin tətbiq edilməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ədliyyə Nazirliyi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
359

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
728

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
578

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
799

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
703